Numan Kurtulmuş: "Türkiyə həm Rusiya, həm də Ukrayna ilə görüşə bilən yeganə ölkədir"

2020/10/16035-1603526699.jpg
Oxunub: 144     12:45     22 Fevral 2024    
Türkiyə həm Rusiya, həm də Ukrayna ilə görüşə bilən yeganə ölkədir.

Ordu.az-ın xəbərinə görə, bunu Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.

O vurğulayıb ki, rəsmi Ankara baş verənlərin səviyyəsindən asılı olmayaraq diplomatiyanın həmişə açıq saxlanılmasının tərəfdarıdır:

“Türkiyənin müharibəyə münasibətini yaxşı bilirsiniz, hər iki ölkə bizim qonşumuzdur. Türkiyə iki ölkə arasında yalnız vasitəçi rolu oynayıb. Biz münaqişənin sülh yolu ilə bitməsini istəyirik, bunun tərəfdarıyıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kurtulmuş   Türkiyə   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin