Amerikalı senator: “S-400 məsələsində Türkiyə ilə bir yol tapmağa çalışırıq”

2024/02/1708589914.jpg
Oxunub: 216     15:51     22 Fevral 2024    
ABŞ senatoru Kris Merfi İsveçin NATO üzvlüyünün təsdiqlənməsinin ardından Türkiyəyə etdiyi səfərdə ABŞ və Türkiyə arasında münasibətlərdə iki NATO müttəfiqinin faydalana biləcəyi əhəmiyyətli bir təcil olduğunu deyib.

Ordu.az xəbər verir ki, iki ölkə arasında münasibətlər uzun müddətdir Türkiyənin Rusiyadan S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemləri almasından tutmuş ABŞ-nin Suriyada PKK/YPG-yə dəstəyinə və müxtəlif insan haqları məsələlərinə qədər gərgindir.

Merfi paytaxt Ankarada Türkiyə liderləri ilə danışıqlardan sonra İstanbulda “Reuters” agentliyinə açıqlamasında bildirib: “Siz mütləq münasibətlərdə yeni, məqsədyönlü, yaxşı duyğu hiss edirsiniz və biz bunu ötəngünkü bütün görüşlərimizdə çox hiss etdik”.

Merfi qeyd edib ki, S-400 məsələsində Türkiyə ilə bir yol tapmağa çalışırlar.

Xtırladaq ki, ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iki NATO müttəfiqi arasında münasibətlərdə müsbət tendensiyadan danışıb və 20 aylıq gecikmənin ardından İsveçin NATO üzvlüyünün təsdiqlənməsindən sonra F-16 qırıcılarının Türkiyəyə satışı baş tutub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: S-400   Türkiyə  


Bizi "telegram"da izləyin