“Reuters”: İran Rusiyaya çoxlu sayda ballistik raket göndərib

2024/02/1708589860.jpg
Oxunub: 286     15:08     22 Fevral 2024    
6 mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, İran Rusiyaya çoxlu sayda “yer-yer” tipli ballistik raketlər təqdim edərək, ABŞ-nin sanksiya tətbiq etdiyi iki ölkə arasında hərbi əməkdaşlığı dərinləşdirib.

Ordu.az xəbər verir ki, İranın üç mənbəsinə görə, İran tərəfindən tədarük edilən 400-ə yaxın raket arasında “Zülfüqar” kimi qısa mənzilli ballistik silahlardan ibarət olan “Fateh-110” ailəsindən çoxlu raketlər var.

Mütəxəssislər quruda hərəkət edə bilən bu raketin 300-700 km məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malik olduğunu bildirirlər.

İran Müdafiə Nazirliyi və İranın ballistik raket proqramına nəzarət edən elit qüvvə olan İnqilab Keşikçiləri Qvardiyası şərh verməkdən imtina edib. Rusiya Müdafiə Nazirliyi şərh sorğusuna dərhal cavab verməyib.

İran mənbələrindən biri bildirib ki, daşınma yanvarın əvvəlində İran və Rusiya hərbi və təhlükəsizlik rəsmiləri arasında ötən ilin sonunda Tehran və Moskvada keçirilən görüşlərdə əldə olunan razılıqdan sonra başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin