KİV: Paşinyan hakimiyyəti ordunun əleyhinə işləyib

2024/02/1708589562.jpg
Oxunub: 145     12:12     22 Fevral 2024    
Fevralın 7-də hökumət-parlament sual-cavab sessiyasında Nikol Paşinyan bir daha bəyan edib ki, onun qəhrəmanı vergi ödəyicisidir, vergi ödəyicisi yoxdursa, ordu da olmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşrə görə, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan tez-tez Ermənistanın birinci müdafiə naziri Vazgen Sarkisyanı xatırlayır.

“Vazgen Sarkisyan deyirdi ki, “ölkəyə müharibənin nəticələrinə görə qiymət verilir”. Yeri gəlmişkən, 2021-ci il fevralın 25-də Baş Qərargahın ozamankı rəisi, general-leytenant Edvard Asryan və Baş Qərargah rəisinin yeni təyin olunmuş müavini, general-mayor Temur Şahnazaryan bəyan ediblər ki, uzun müddət ərzində Silahlı Qüvvələri gözdən salmaq məqsədi daşıyan “hücumlar” olub və Paşinyanın sərhədləri keçib. Yəni Paşinyan hakimiyyəti ordunun əleyhinə işləyib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Hakimiyyət   Ordu  


Bizi "telegram"da izləyin