Erməni politoloq: “Deyirsən ki, Bakının qarşısında diz çökmüşəm, amma Moskvanın qarşısında buynuzlarımı çıxaracam”

2022/04/sad78-1649672139.jpg
Oxunub: 174     12:32     22 Fevral 2024    
“Rusiya hələ də bu bölgəyə aktiv şəkildə qayıtmadığından, Ermənistan hakimiyyəti müxtəlif imitasiyalara əl ata bilər, lakin bu, bir günə bitə bilər”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan Ermənistanın Qərbə doğru addımlar atmasını şərh edərkən deyib.

“Oxşar davranış 1918-1920-ci illərdə Ermənistan hakimiyyətləri tərəfindən də nümayiş etdirilib. Guya iki il ərzində Ermənistanın konfederasiya hökumətini ağlını başına toplamağa inandırırdılar. Amma 1920-ci il gəldi, Qırmızı Ordu Ermənistana daxil oldu və hər şey bitdi. Əgər Moskva keçmiş sovet ölkələrini yeni ittifaq dövlətinə aparmağa qərar verərsə, Ermənistan hakimiyyəti nə qədər istəyir “İttifaq ölkəsi qurmaq istəyirsiniz?” və ya “Müstəqilliyə qarşısınız?” desin. Ermənistan Azərbaycana müqavimət göstərə bilmədi, indi Rusiya hərbi yolla ittifaq ölkəsi yaratmağa qərar versə, Moskvaya müqavimət göstərə biləcəkmi? Elə bir dövlət qurmaq lazımdır ki, sizə hücum olmasın. Əgər Bakı sənin üzərində özünü təsdiq edirsə, Moskva sənə aman verərmi? Bakının qarşısında diz çökmüsən, deyirsən ki, Bakının qarşısında diz çökmüşəm, amma Moskvanın qarşısında buynuzlarımı çıxaracam”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin