“Sarkisyanın əldə etdiyi silahları rəqibə təhvil verənlər öz üstünlüklərini nümayiş etdirməyə çalışırlar” - Abrahamyan

2023/04/4fbe4-1680327938.jpg
Oxunub: 168     12:10     22 Fevral 2024    
“Serj Sarkisyanın müdafiə naziri və ya prezident olduğu dövrdə əldə etdiyi silah-sursat və hərbi texnikanı rəqibə buraxanlar/təhvil verənlər özlərinin mövcud olmayan üstünlüklərini və başqalarının çatışmazlıqlarını nümayiş etdirməyə çalışırlar”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.

“Müxtəlif hərbi hissələrdə, cəbhə xəttinin ayrı-ayrı məntəqələrində öyrəndiyim bəzi problemləri zərurət yarandıqda mən özüm qapalı məktubla Müdafiə Nazirliyinə və ya Baş Qərargaha göndərirəm. İctimai çıxışda qeyd etdiyim problemlərin 5-10 faizindən istifadə edirəm və ya səsləndirirəm. Sistemin təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb edir və onun müxtəlif detallarının müsbət və ya mənfi altında açıqlanması təhlükəsizlik nüansları nəzərə alınmaqla aparılmalıdır. Canlı yayımlanan iclaslarda fiziki iştirak etməməyi cəhalət kimi təqdim etmək artıq çox mənasızdır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Silah   Təhvil  


Bizi "telegram"da izləyin