ASELSAN-ın Sonik Silahı Ağrıda görüntülənib

2024/02/1708584459.jpg
Oxunub: 194     13:18     22 Fevral 2024    
ASELSAN-ın milli imkanlarla inkişaf etdirdiyi “Avaz” Uzun Mənzilli Sonik Silahı Ağrıda icra edilən fəaliyyət zamanı “Aslan” İnsansız Quru Platformasına (İQP) inteqrasiya olunmuş şəkildə görüntülənib.

Ordu.az xəbər verir ki, “Aslan” “Avaz” ilə birlikdə Türkiyə Jandarma Baş Komandanlığının inventarına daxil olub.

“Avaz” uzaq məsafələrə istiqamətli akustik yayım həyata keçirən və səsli mesajların ötürülməsini təmin edən yüksək performanslı sistem kimi seçilir.

Sosial hadisələrə müdaxilə etmək üçün istifadə edilə bilən və ölümcül olmayan “Avaz” 153 dB dar şüa akustik yayım etmək qabiliyyətinə malikdir.

Sistem qeydə alınmış səsi yayımlamaq, nitq səsini və ya müəyyən xəbərdarlıq tonlarını 1250 metr məsafəyə qədər effektiv ötürmək imkanına malikdir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Sonik  


Bizi "telegram"da izləyin