“Challenger 3” tankının ilk prototip sınaqları başlayıb

2024/02/1708584350.jpg
Oxunub: 175     12:16     22 Fevral 2024    
İlk istehsaldan əvvəl hazırlanmış “Challenger 3” Əsas Döyüş Tankı sınaqlar üçün Almaniyaya göndərilib.

Ordu.az xəbər verir ki, Almaniya-Britaniya birgə təşəbbüsü olan və “Rheinmetall” ilə “BAE Systems” tərəfindən istehsal olunan “Challenger 3” platformasının ilk prototipləri Almaniyadakı hərbi bazada yerləşdirilib.

Məlumata görə, istehsal edilən 140 ədəd prototip tank Britaniya ordusuna təhvil verilməzdən əvvəl onların performansını və təkmilləşdirilməsini yoxlamaq üçün əməliyyat şəraitində sınaqdan keçiriləcək.

“Challenger 3” bu gündən 2040-cı ilə qədər döyüş meydanlarında NATO zirehli qüvvələrinin ən yüksək sağqalma qabiliyyətinə və çəkindirmə qabiliyyətinə malik tanklardan biri olacaq.

Buna təkcə yeni silahdan istifadə etməklə deyil, həm də müttəfiqləri tərəfindən dünyada istehsal olunan ən qabaqcıl döyüş sursatlarından istifadə etməklə nail ola biləcək. Yeni nişangah paketi tanka və tank komandirinə gecə/gündüz və bütün hava şəraitindən asılı olmayaraq düşməni məhv etmək imkanı verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Challenger-3   Almaniya  


Bizi "telegram"da izləyin