ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına kömək etməkdə davam edəcək - Dövlət Departamenti

2023/06/mille-1687891636.jpg
Oxunub: 253     23:01     21 Fevral 2024    
Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına kömək etməkdə davam edəcək.

Ordu.az-ın verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

"Katib Blinken hələ də sülhün əldə oluna biləcəyinə inanır və o, bunu hər iki ölkənin liderləri ilə birbaşa müzakirə edərək, onları qalan məsələlərin həlli üçün birgə işləməyə çağırıb. Biz sülh sazişini təşviq etməyə davam edəcəyik. Bilirəm ki, iki lider Münhendə ikitərəfli görüş keçiriblər. Razılaşmanın əldə edilməsi üçün ABŞ-ın yardım və dəstəyini təklif etməyə davam edəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, fevralın 17-də Münhendə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kansler Olaf Şolz arasında görüş keçirilib.

Sonra Olaf Şolsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolz və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında birgə görüş keçirilib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş olub.

Görüşdə ölkələr arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin