KİV: 2023-cü ildə Bundesverin obyektləri üzərində 450-yə yaxın dron aşkar edilib

2024/02/80b79-1708537979.jpg
Oxunub: 248     21:46     21 Fevral 2024    
Almaniya Bundesverinin obyektləri və hərbi təlim poliqonları üzərində və ya onların bilvasitə yaxınlığında dronların aşkarlanması ilə bağlı məlumatların sayı xeyli artıb.

Ordu.az xəbər verir ki, bu barədə ARD telekanalı məlumat yayıb.

Məlumata görə, 2021-ci ilin sentyabr-dekabr ayları arasında cəmi 9 belə hal qeydə alınıb. 2022-ci ildə ümumilikdə 172 analoji hal qeydə alınıbsa, 2023-cü ildə artıq 446 dron izlənməsi aşkarlanıb.

Eyni zamanda, xarici kəşfiyyat xidmətlərinin məlumat əldə etmək üçün bütün mövcud texniki vasitələrdən istifadə etdiyi iddia edilir. “WDR və NDR teleradioşirkətlərinin məlumatına görə, indiyədək dronlardan istifadə edilməklə Rusiyanın casusluq fəaliyyəti aparmasına dair təsdiqlənmiş cəhdlər olmayıb”, - telekanal qeyd edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bundesver   Almaniya  


Bizi "telegram"da izləyin