Stoltenberq: "Gürcüstan NATO-nun yaxın tərəfdaşıdır"

2024/02/65d60-1708527404.jpg
Oxunub: 161     18:09     21 Fevral 2024    
Gürcüstan NATO-nun yaxın tərəfdaşıdır və alyans Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir.

Ordu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.

Stoltenberq Rusiyanı Gürcüstan ərazilərindəki qondarma qurumları müstəqil dövlət kimi tanımasını geri çəkməyə çağırıb.

“Rusiya tərəfindən Gürcüstanın işğal altındakı ərazilərinin anneksiyasına dair istənilən təhdid qəbuledilməzdir”, - Stoltenberq vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stoltenberq   Gürcüstan   NATO  


Bizi "telegram"da izləyin