Qriqoryan: "KTMT-nin təhlükəsizlik sistemi Ermənistan üçün işləməyib"

2022/12/63946-1670680712.jpg
Oxunub: 236     17:54     21 Fevral 2024    
Ermənistan xarici və təhlükəsizlik sahəsində siyasətini şaxələndirir, bunu açıq şəkildə həyata keçirir.

Ordu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O qeyd edib ki, Ermənistan xarici siyasətini şaxələndirir: “Bu, təkcə Qərbi deyil, həm də Hindistanı və bir sıra başqa ölkələri əhatə edir”.

Onun sözlərinə görə, Ermənistanın bir hissəsi olduğu təhlükəsizlik sistemi 2020-2021-ci illərdə işləməyib və buna görə də o, başqa təhlükəsizlik təminatları axtarır:

“Mən bu məsələ ilə bağlı heç bir problem görmürəm, biz öz siyasətimizdə qətiyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin