İsrail parlamenti Fələstinin tanınmasını rədd edən qətnaməni təsdiqləyib

2024/02/65d5f-1708522778.jpg
Oxunub: 225     17:26     21 Fevral 2024    
İsrail parlamenti Fələstin dövlətinin birtərəfli tanınmasını rədd edən qətnaməni təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə yerli KAN radiosu məlumat yayıb.

Məlumata əsasən, Knesset (İsrail parlamenti) ölkənin Nazirlər Kabinetinin Fələstin dövlətinin yaradılmasını və birtərəfli tanınmasını rədd edən qərarını təsdiqləyib. Sənədi 120 yerlik parlamentin 99 deputatı dəstəkləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Fələstin  


Bizi "telegram"da izləyin