Qriqoryan: "Ermənistan özü üçün təhlükəsizlik təminatları axtarır"

2023/11/1700024050.jpg
Oxunub: 202     17:21     21 Fevral 2024    
Ermənistan xarici siyasətini şaxələndirməyə səy göstərir.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.

“Ermənistanın xarici siyasətində qeyri-müəyyənlik yoxdur. Ölkə təhlükəsizlik və xarici siyasətini şaxələndirir. Biz bunu açıq şəkildə, siyasi mesajlar və atılan addımlarla nümayiş etdiririk”, - deyə Qriqoryan bildirib.

TŞ katibinin sözlərinə görə, siyasətin şaxələndirilməsi təkcə Qərbi deyil, Hindistanı və bir sıra digər ölkələri də əhatə edir:

“2020-2021-ci ilə qədər bir hissəsi olduğu təhlükəsizlik sisteminin işləmədiyini, tamamilə səmərəsiz olduğunu görən Ermənistan özü üçün təhlükəsizlik təminatları axtarır və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Biz öz siyasətimizdə qətiyyətliyik, bu istiqamətdə bütün məqsədlərimizi reallaşdıracağıq”, - deyə Qriqoryan əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Ermənistan  


Bizi "telegram"da izləyin