Qriqoryan: "Rusiya sərhədçiləri Aİ missiyasını Azərbaycanla hərbi gərginliyin yarandığı kəndə buraxmır"

2022/12/63946-1670680712.jpg
Oxunub: 324     16:24     21 Fevral 2024    
Rusiya sərhədçiləri Aİ-nin müşahidə missiyasının nümayəndələrini Azərbaycanla hərbi gərginliyin yarandığı Nerkin And kəndinə buraxmırlar.

Ordu.az “Armenia Today”a istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu barədə jurnalistlərə deyib.

“Həqiqətən belə bir problem var. Bu problemlə bağlı bizə məlumat verilib və bunu Rusiya tərəfinin diqqətinə çatdıracağıq”, - Qriqoryan bildirib.

Təhlükəsizlik Şurasının katibi aydınlaşdırıb ki, bu, Ermənistan-Azərbaycan sərhədinin yeganə hissəsidir ki, Rusiya sərhədçiləri Avropa İttifaqının müşahidə missiyasının nümayəndələrini ora qoymurlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Rusiya    


Bizi "telegram"da izləyin