Böyük Britaniya Rusiyadakı cəzaçəkmə koloniyasının rəhbərliyinə sanksiya tətbiq edib

2024/02/1707456275.jpg
Oxunub: 178     16:23     21 Fevral 2024    
Böyük Britaniya Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasına rəhbərlik edən 6 nəfərə sanksiya tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, sanksiya tətbiq edilən şəxslər cəzaçəkmə koloniyasının rəisi Vadim Kalinin və onun müavinləri - Sergey Korjov, Vasili Vydrin, Vladimir Pilipçik, Aleksandr Qolyakov, Aleksandr Obraztsovdur.

Qeyd edək ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da sözügedən cəzaçəkmə koloniyasında vəfat edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Rusiya  


Bizi "telegram"da izləyin