Sudanın Suveren Keçid Şurasının Sədri Prezident İlham Əliyevi təbrik edib

2024/02/65d5e-1708518179.jpg
Oxunub: 206     16:02     21 Fevral 2024    
Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Ordu.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizə Sudan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə və dost xalqınıza uğurlar diləyirəm.

Bu fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud əlaqələrə görə dərin minnətdarlığımı bildirir, ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafı üçün Azərbaycan Respublikası ilə işləməkdə qətiyyətli olduğumu bir daha vurğulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Təbrik  


Bizi "telegram"da izləyin