Kamil Zeynallıya qarşı irəli sürülən maddələr açıqlanıb

2024/02/1708500479.jpg
Oxunub: 305     15:16     21 Fevral 2024    
Xəbər verdiyimiz kimi, bu gecə Moskvadan Azərbaycana qayıdarkən azərbaycanlı idmançı Kamil Zeynallı Domodedovo aeroportunda Ermənistanın tələbi isə saxlanılıb.

Ordu.az xəbər verir ki, sosial şəbəkələrdə Kamil Zeynallıya qarşı irəli sürülən ittihamın surəti paylaşılıb.

Sözügedən sənədə əsasən, ittihamda göstərilir ki, K.Zeynallı Ermənistanda CM-nin 149.1.1., 135.1.1., 135.6.1., 135.11.1., 140.2.2. və 147.1-ci maddələri ilə ittiham olunur.

Ermənistan Cinayət Məcəlləsinin sözügedən maddələri bunları əhatə edir:

135-ci maddə (İnsanlığa qarşı cinayətlər):

- 135.1.1. – qətl

- 135.6.1. – işgəncə

135.11.1. - insan sağlamlığına ciddi ziyan vuran və ya ağır iztirablara səbəb olan digər qeyri-insani əməllər.

CM-in 140-cı maddəsi (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər):

- 140.2.2. Beynəlxalq silahlı münaqişə və ya beynəlxalq olmayan silahlı münaqişə zamanı heç kəsi sağ qoymamaq barədə əmr vermək və ya belə bir əmrlə hədələmək.

147.1

- Muzdlu cəlb etmək, muzdluların təlim düşərgəsini təşkil etmək, muzdlu kimi fəaliyyət göstərmək üzrə bacarıqları öyrətmək və ya öyrənmək, muzdluları maliyyələşdirmək, silahlı münaqişə və ya hərbi əməliyyatlarda muzdlulardan istifadə etmək, yaxud silahlı münaqişə və ya döyüş əməliyyatlarında və ya razılaşdırılmış zorakılıq aktlarında muzdlu kimi iştirak etmək.

Maddə 149 (Təcavüz)

- 149.1. 1. Dövlətin siyasi və ya hərbi əməliyyatlarına faktiki rəhbərlik edən və ya onlara nəzarət edən və ya istiqamətləndirən şəxs tərəfindən təcavüzün planlaşdırılması, hazırlanması, təşəbbüsü və ya həyata keçirilməsi.

Qeyd edək ki, Kamil Zeynallı Moskvada saxlanılması barədə “Instagram” hesabında məlumat verib. K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirib. O qeyd edib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kamil-Zeynallı   İttiham  


Bizi "telegram"da izləyin