Paşinyan Münhendən Rəisini sakitləşdirməyə çalışır?| İrəvan-Tehran münasibətlərində böhran və əhatə dairəsi

2024/02/1708335101.jpg
Oxunub: 2869     18:18     21 Fevral 2024    
“İran İslam Respublikası ilə əlaqələrimiz dərindir və biz bu əlaqələrə sadiq qalırıq. Ancaq bu, hər şeyin aydın olmadığı hallardan biridir. İranla yaxşı münasibətlərimiz bəzi yerlərdə gərginliyə səbəb olur, digər ölkələrlə yaxşı münasibətlərimiz İranda gərginliyə səbəb olur”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Münhendə erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.

Ermənistan-İran münasibətləri mövzusu Ermənistan üçün həssas, xüsusi mövzular arasındadır. Bununla yanaşı, qeyd edək ki, Paşinyan Beynəlxalq Təhlükəsizlik Forumunun işində iştirak etmək üçün Münhenə getməzdən əvvəl Ermənistan Baş nazirinin müavini Qriqoryan Ermənistan-İran hökumətlərarası komissiyasının işi üçün Tehrana gedib.

Həmin səfər zamanı Mher Qriqoryan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb. İran Prezidentinin mətbuat xidmətinin görüşlə bağlı açıqlamasına görə, Rəisi Qriqoryana deyib ki, onlar regionda tənzimləmə bəhanəsi ilə qeyri-regional qüvvələrin möhkəmlənməsi ilə razı deyillər. Əslində, Nikol Paşinyanın Münhen səfərindən əvvəl İranın açıq narazıçılığı ifadə edilib. Bu fikir ayrılığı yeni deyil, amma praktikada Münhendən əvvəl Ermənistan-İran görüşündə səslənən vəziyyət belə qənaətə gəlməyə imkan verir ki, İrəvan bəzi ideyalar barədə Tehranı məlumatlandırıb və razılıq ala bilməyib.

Bu ideyaların İrəvanın özünə məxsus olduğunu, yoxsa İrəvana təklif edildiyini söyləmək çətindir, lakin Münhenə getməzdən əvvəl Ermənistan-İran təması bu mənada xarakterikdir. Bu baxımdan, Paşinyanın Münhendəki görüşlərdən sonra erməni icması ilə görüşündə Ermənistan-İran münasibətlərinin dərin olduğunu və Ermənistanın buna sadiq qaldığını söyləməsi xüsusi diqqət tələb edir.

Ermənistanın Baş naziri əslində Münhendə İranın maraqlarına “təhlükə” yaradan hər hansı razılaşmanın olmadığı mesajını ötürür. Eyni zamanda, Paşinyanın “İranla yaxşı münasibətlərimiz bəzi yerlərdə gərginliyə səbəb olur, digər ölkələrlə yaxşı münasibətlərimiz İranda gərginliyə səbəb olur” bəyanatı şübhəsiz ki, əlavə mürəkkəblik ehtiva edir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin