Yeni texnoloji möcüzə – “Neuralink”| Bəşəriyyət çöküş rejimində artan texnoloji çağırışları idarə edə bilərmi?

2024/02/1708508973.jpg
Oxunub: 378     14:39     21 Fevral 2024    
Beyninə “Neuralink” şirkətinin çipi yerləşdirilən ilk insan tam sağalmış kimi görünür və ağlından istifadə edərək, kompüter siçanını idarə edə bilir. “Reuters” bildirir ki, bu barədə “Neuralink” şirkətini yaradan İlon Mask məlumat verib.

Bu məlumat əslində qlobal texnoloji inqilabın yeni mərhələsindən xəbər verir. Bu, bir tərəfdən insan inkişafının və imkanlarının yeni dövrünü açır, digər tərəfdən insan inkişafı perspektivləri baxımından həqiqətən də böyük riskləri ehtiva edir. Yanvarın 28-də neyrotexnologiya şirkəti “Neuralink” ilk dəfə olaraq insan beyninə neyroçip yerləşdirib. İndi təxminən üç həftədən sonra ilk nəticə elan edilir. Və bu nəticə gözəl görünür.

İlon Mask beynin gücü ilə hərəkətlər etmək üçün çipdən istifadənin əzalarını itirmiş insanlara kömək edəcəyini açıqlayıb. Və bu, həqiqətən humanist texnoloji həldir. Digər tərəfdən, insanlara çip yerləşdirməklə müxtəlif miqyasda hansı təhlükəli hərəkətlərin edilə biləcəyini təsəvvür etmək çətin deyil. Burada dünya texnoloji inkişafın, texnoloji inqilabın imkanlarının və mümkün dəhşətli nəticələrin son dərəcə incə xəttini keçir. Bir şey dəqiqdir ki, bu proses, inqilab qarşısıalınmazdır və buna görə də bu zərif sərhəd yalnız böyüyəcək.

Bu isə bu sərhədin təhlükəli, hətta qorxunc riskləri “aşmaması” üçün bəşəriyyətin onu necə idarə edəcəyi, saxlayacağı sualını ortaya çıxaracaq. Bu gün dövlətlər və ictimaiyyətlər öz təhlükəsizlik məsələlərində dövlət sərhədlərinin toxunulmazlığına və ya genişləndirilməsinə diqqət yetirirlər, buna paralel olaraq isə yuxarıda təsvir edilən texnoloji inqilabın sərhəddi və onun təhlükəli nəticələri, idarə olunması, təhlükəsizliyinin təmin edilməsi məsələsi yetişməkdədir.

Şübhə yoxdur ki, texnologiyalar təkcə insan inkişafının ehtiyaclarını ödəmək üçün deyil, həm də pul və hakimiyyət uğrunda mübarizə də daxil olmaqla, insan pisliklərinin məqsədlərinə xidmət etmək üçün istifadə ediləcək. Bu problemin idarə edilməsi bütün bəşəriyyət üçün qlobal çağırışdır və bu gün ən təhlükəlisi odur ki, bu çağırış bu gün dünya müharibəsinin və nizam-intizamın dağılmasının, sabitliyin pozulmasının, müəyyən mənada anarxiyanın genişləndiyi bir dünyada özünü büruzə verir.

Sual yaranır ki, xüsusilə dağılma, dünya mübaribəsi rejimində bir-birinə qarşı xidmət etmək şirnikləndirməsi artdıqda bəşəriyyət bu çöküş rejimində artan texnoloji çağırışları idarə edə bilərmi? İlon Maskı super güclərin və güc mərkəzlərinin rəhbərlərinin diqqət obyektinə çevirən motiv də buradadır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Neuralink   SZ  


Bizi "telegram"da izləyin