STM FPV PUA sistemləri haqqında nə düşünür?

2024/02/1708502334.jpg
Oxunub: 221     15:57     21 Fevral 2024    
STM baş direktoru Özgür Güleryüz Antalyada keçirilən Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar Konfransı 2024-də FPV Pilotsuz Uçuş Aparatı (PUA) sistemləri ilə bağlı sualları cavablandırıb.

Ordu.az xəbər verir ki, Güleryüz STM-nin PUA sistemləri məsələsində böyük ölçülərə keçmək istəmədiklərini və hər cür ehtiyacı qarşılamaq üçün işlərini davam etdirdiklərini deyib.

“Müəyyən bir yerdə qalmaq istəyirik və hər ehtiyacı qarşılamaq üçün işləməyə davam edirik”, - deyə o qeyd edib.

Müharibə mühitinin uzun çatdırılma müddəti olan məhsullar əvəzinə qısa və asan həll yollarına ehtiyac olduğunu göstərdiyini ifadə edən Güleryüz ucuz həllərin hər zaman ən yaxşı həll olmaya biləcəyini vurğulayıb.

“Müharibə mühiti bizə bunu göstərir: Daha uzun çatdırılma müddəti olan məhsullar əvəzinə, çox qısa və asan şəkildə edə biləcəyiniz müəyyən həllər. Bunu unutmamalıyıq: Bəzən çox ucuz həllər təsirli ola bilər, amma indi gördüyümüz yalnız yayımlanan videolardır. Ola bilsin ki, 50 uçuş edilir, ancaq biri uğurlu olur. Bunlar sizinlə paylaşılanlardır. Onların böyük əksəriyyəti radioelektron mübarizə mühitində işləmir”, - deyə STM baş direktoru əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: STM   FPV   PUA  


Bizi "telegram"da izləyin