Çin Z-10ME ağır hücum helikopterini ilk dəfə xaricdə nümayiş etdirib

2024/02/19a24-1708502074.jpg
Oxunub: 301     16:29     22 Fevral 2024    
Çin ilk dəfə olaraq yeni məhsulu olan Z-10ME ağır hücum helikopterini xaricdəki sərgidə nümayiş etdirib.

Ordu.az xəbər verir ki, ABŞ-nin “Apache” hücum helikopterinə bənzəyən Z-10ME raket buraxılış sistemləri GR5 idarə olunan raketlər və “hava-hava” raketləri ilə birlikdə təqdim edilib.

Sərgi sahəsinə ağır hücum helikopteri ilə yanaşı, yerli istehsal olan ticarət təyyarələri və bir çox məhsul da daxil edilib. İki il əvvəl sərgiyə cəmi bir neçə modellə qatılan Çinin bu il bir çox yeni modelləri ilə sərgiyə qatılması diqqət çəkib.

Amerikalı həmkarlarından daha ucuz qiymətə qabiliyyətli sistemlər təmin edə bilən Çin Z-10ME hücum helikopterini ilk dəfə sərgiləyib. Helikopter ABŞ-nin “Apache”sinə bənzəyir və raket buraxılış sistemləri, GR5 idarə olunan raketlər və “hava-hava” raketləri ilə təchiz edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Z-10ME  


Bizi "telegram"da izləyin