Erməni separatçı: “Ermənistan rəsmilərinin bizimlə heç bir əlaqəsi yoxdur, heç bir münasibət qurmağa cəhd etmirlər”

2024/02/1708501694.jpg
Oxunub: 255     17:47     21 Fevral 2024    
“Ermənistan rəsmilərinin bizimlə heç bir əlaqəsi yoxdur, heç bir münasibət qurmağa cəhd etmirlər”.

Ordu.az xəbər verir ki, bunu ləğv edilmiş qondarma qurumun “sabiq nümayəndəsi” Metakse Hakobyan deyib.

“Onların (Ermənistan hakimiyyətinin nümayəndələri-red.) dəvət olub-olmadığını deyə bilmərəm, amma bu şərtlər daxilində mümkün deyil. Onların bizimlə birbaşa əlaqəsi yoxdur, tədbirə gəlmək üçün hər hansı münasibət, əlaqə saxlamağa cəhd də etmirlər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan  


Bizi "telegram"da izləyin