Ermənistanda könüllü döyüşçülər də hərbi xidmətin müəyyən edilmiş qaydasına qarşı cinayətin subyekti olacaq

2024/02/1708501627.jpg
Oxunub: 269     16:10     21 Fevral 2024    
Ermənistan parlamentinin deputatı Alxas Qazaryan Cinayət Məcəlləsinə və “Müdafiə haqqında” qanuna əlavə və dəyişikliklər təklif edib.

Ordu.az xəbər verir ki, yeni tənzimləməyə əsasən, hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi xidmətin müəyyən edilmiş qaydasına qarşı yönəlmiş cinayətin subyekti də “Müdafiə haqqında” qanunun müəyyən edilmiş qaydasına qarşı cinayətin predmeti olacaq.

Erməni deputat bildrib ki, bu, həm döyüş növbətçiliyində, həm də döyüş tapşırıqlarının icrasında iştirak edən “xalq qoşunu” üzvlərinə aiddir.

“Çox vaxt tapşırıqların icrası zamanı onlar öz vəzifələrini yerinə yetirməkdən imtina edirlər və ya müəyyən şəkildə hərbi xidmətin müəyyən edilmiş qaydasını pozurlar. “Xalq qoşunu” üzvləri hərbi xidmətin müəyyən edilmiş qaydasına qarşı yönəlmiş cinayətin subyekti olmadığı üçün onların cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmur”, - deyə o qeyd edib.

Təklif edilən dəyişikliklə Ermənistanı müdafiəsinə könüllü daxil olan şəxs də hərbi xidmətin müəyyən edilmiş qaydasına qarşı cinayətin subyekti olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistanı   MN  


Bizi "telegram"da izləyin