Koreya artırılmış mənzilli artilleriya sursatlarının kütləvi istehsalına başlayır

2024/02/K9-Th-1708498725.jpg
Oxunub: 269     17:35     22 Fevral 2024    
Uzun illər ərzində inkişaf etdirilən yeni 155 mm-lik haubitsa sursatının genişləndirilmiş mənzili K9 özüyeriyən haubitsa bölmələrinin effektivliyini artıracaq.

Ordu.az xəbər verir ki, Cənubi Koreya ordu daxilində K-9 haubitsa elementləri üçün sursat dəstəyi ilə bağlı yeni qərar qəbul edib.

“Yonhap News Aagency”nin verdiyi məlumata görə, Cənubi Koreya özüyeriyən artilleriya bölmələri üçün yeni 155 mm-lik sursatların kütləvi istehsalına başlayacaq.

Məlumata görə, istehsal 2024-cü ildə baş tutacaq. Genişləndirilmiş mənzilə malik olacaq şəkildə hazırlanmış yeni sursatın K9 özüyeriyən haubitsa bölmələrinin imkanlarını artıracağı gözlənilir.

DAPA 2000 ədəd 155 mm-lik mərmi üçün ilk sifarişini 2023-cü ildə verib və döyüş sursatının 2024-cü ilin sonuna qədər çatdırılması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   K9   Artilleriya  


Bizi "telegram"da izləyin