Avstraliya dəniz donanmasını ikiqat artırmaq üçün 7 milyard dollar xərcləməyi planlaşdırır

2024/02/2024--1708498653.jpg
Oxunub: 183     16:00     21 Fevral 2024    

Avstraliya donanmasını 2 dəfə artırmaq və modernləşdirmək üçün 7 milyard dollar büdcə ayıracağını açıqlayıb.

Ordu.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən açıqlamada donanma üçün yenilənmiş Hava Hücumundan Müdafiə (HHM) və hücum imkanlarına malik 3 “Hobart” sinfinə məxsus HHM esminesi də daxil olmaqla 26 suüstü döyüş gəmisinin alınacağı qeyd edilib.

Bəyanatda formalaşdırılacaq donanmanın yaxın bölgədəki əməliyyatlar vasitəsilə dəniz nəqliyyatı şəbəkəsinin və ticarətin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olduğu vurğulanaraq, donanmanın İkinci Dünya müharibəsindən bəri ən çox suüstü döyüş gəmisindən ibarət olacağı bildirilib.

7,3 milyard dollar xərcləyərək, on il ərzində həyata keçiriləcək yeni plana görə, 26 suüstü döyüş gəmisi arasında 6 “Hunter” sinfinə məxsus freqat, 11 ümumi məqsədli freqat və 6 insansız da istifadə oluna bilən böyük suüstü gəmi də var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   HDQ   HHM  


Bizi "telegram"da izləyin