Çexiya Ukraynaya 800 min artilleriya mərmisi göndərməyə hazırlaşır

2024/02/2024--1708498317.jpg
Oxunub: 305     17:53     21 Fevral 2024    
Çexiya Prezidenti Petr Pavel Münhen Təhlükəsizlik Konfransında Çexiyanın Ukraynaya 800 minə qədər artilleriya mərmisi göndərəcəyini açıqlayıb.

Ordu.az-ın xəbərinə görə, Çexiya Prezidenti Petr Pavel Münhen Təhlükəsizlik Konfransında bəyan edib ki, tərəfdaş ölkələr maliyyə ayıracağı təqdirdə Çexiya Ukraynaya 800 minədək artilleriya mərmisi göndərə bilər.

Məlumata görə, çatdırılma “bir neçə həftə ərzində” başlaya bilər və paket 500.000 ədəd 155 mm-lik və 300.000 ədəd 120 mm-lik mərmidən ibarət ola bilər.

“Yarım milyon ədəd 155 millimetrlik, 300.000 ədəd isə 122 millimetrlik sursat tədarük edəcək vəziyyətdəyik”, - deyə Çexiya Prezidenti qeyd edib.

Pavel tədarük şərtlərindən biri olduğu üçün potensial tədarükçünü açıqlamayıb.

Məlumata görə, yanvarın 31-də Brüsseldə keçirilən Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə Çexiya oxşar təkliflə çıxış edib.

Aİ-nin baş diplomatı Cozep Borrellin Cənubi Koreyanı potensial tədarükçülərdən biri kimi xüsusi qeyd etdiyi təklifdə Avropa İttifaqına üzv olmayan ölkələrdən 450 min artilleriya mərmisinin tədarükü planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Ukrayna  


Bizi "telegram"da izləyin