“Airbus” C295 hərbi nəqliyyat təyyarəsindən ilk 2-sini Bruneyə təhvil verib

2024/02/2024--1708496073.jpg
Oxunub: 164     14:12     22 Fevral 2024    
“Airbus” Bruney Darussalam Dövləti tərəfindən tədarük edilən C295 hərbi nəqliyyat təyyarəsindən ilk 2-sini ölkəyə təhvil verib.

Ordu.az xəbər verir ki, “Airbus” “X” sosial şəbəkəsində etdiyi paylaşımda Bruneyə C295 hərbi nəqliyyat təyyarəsini çatdırdıqlarını açıqlayıb.

Bu çərçivədə Bruneyin “Airbus”dan sifariş etdiyi 4 təyyarədən ilk 2-si ölkəyə gəlib. Bruney Darussalam və “Airbus” arasında müqavilə 2022-ci ildə imzalanıb.

Qeyd edək ki, 2024-cü ilin yanvarında İspaniya Müdafiə Nazirliyi 1,695 milyard avro dəyərində müqavilə imzalayaraq, “Airbus Defence and Space” şirkətindən dəniz patrul və müşahidə konfiqurasiyalarına malik 16 ədəd “Airbus” C295 təyyarəsi alacağını açıqlayıb.

Müqavilə çərçivəsində C295-lərlə yanaşı, təlim (uçuş və missiya sistemi simulyatoru) və əlaqədar logistik dəstək də veriləcəyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Airbus   C295   İspaniya  


Bizi "telegram"da izləyin