Erməni deputat: “Paşinyan sadəcə olaraq xalqı şantaj etdi ki, birdən döyüşsəm, 4 yox, daha çox insan itirə bilərəm”

2023/02/12121-1676020468.jpg
Oxunub: 222     15:57     21 Fevral 2024    
“2018-2020-ci illərdə Paşinyanla İlham Əliyev arasında gizli və ya dərc edilməmiş danışıqlar zamanı Azərbaycan görüşü elan edəndə Ermənistan tərəfi həmin faktı qəbul etmək məcburiyyətində qalırdı, indi də eyni qanunauyğunluqdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan parlamentdə jurnalistlərə açıqlamasında iki ölkə liderlərinin Münhen görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, Minsk qrupu çərçivəsində danışıqların uğursuzluğuna səbəb olub və müharibəyə gətirib çıxarıb.

“Eyni davranışın təkrarlanmasının nə gətirəcəyi ilə bağlı bu gün nəsə demək çox çətindir. Biz görürük ki, danışıqlar formatında dəyişiklik var. Əlbəttə, danışıqlar gedir. Ermənistan tərəfi Rusiyanın təklifindən yararlanmaqdan imtina edir, Azərbaycan Qərbdə istədiyini alaraq, Qərb platformalarına getməkdən imtina edir”, - deyə Xaçatryan qeyd edib.

Erməni deputat bildirib ki, Paşinyan xalqı şantaj edib.

“Paşinyanın qəbul etdiyi istiqamət və siyasət sülh gətirməyəcək. Fevralın 15-də hökumətin iclası zamanı Paşinyan sadəcə olaraq xalqı şantaj etdi ki, birdən döyüşsəm, 4 yox, daha çox insan itirə bilərəm. Bu, sadə şantajdır, təhdiddir, Paşinyanın xalqın ruhunu sındırmaq siyasətinin təzahürlərindən biridir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Azərbaycan   Qərb  


Bizi "telegram"da izləyin