“Fly Bvlos Technology” şirkətinin “Jackal” PUA-sı AKOM-da istifadə olunur

2024/02/2024--1708073265.jpg
Oxunub: 219     17:00     21 Fevral 2024    
“Fly Bvlos Technology” tərəfindən hazırlanan “Jackal” Pilotsuz Uçuş Aparatı (PUA) İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Fəlakət Koordinasiya Mərkəzində (AKOM) istifadə edilir.

Ordu.az xəbər verir ki, AKOM-un “Fly Bvlos Technology” şirkətindən aldığı “Jackal” PUA-ları kəskin vəziyyətlərdə və təbii fəlakətlərdə xidmət göstərəcək.

AKOM “X” hesabında etdiyi paylaşımda bildirib:

“Biz fəlakətlərin idarə edilməsinin hər mərhələsində texnologiyadan istifadəni artırmaq istəyirik. 5,5 m qanad genişliyinə, termal görüntü tutumuna, şaquli qalxma-enmə və üfüqi uçuşa malik PUA-larımızdan istifadə edəcək operatorlarımız təlimlərini başa vurub. Pilot Lisenziyaları və Sertifikatlar təqdim olunub. Bu çərçivədə AKOM olaraq, PUA-ların istifadəsi və inkişafı üzərində işləməyə davam edirik”.

Qeyd edək ki, “Jackal” PUA-sı 14-17 sentyabr tarixlərində İstanbulda keçirilən Təhlükəsizlik, Kibertəhlükəsizlik, Ağıllı Həyat və Yanğın Sərgisi ISAF 2023-də nümayiş etdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fly-Bvlos-Technology   Jackal   PUA   AKOM  


Bizi "telegram"da izləyin