ABŞ Qərbi Sakit okeanda 5 aviadaşıyıcı gəmi yerləşdirəcək

2024/02/1708073061.jpg
Oxunub: 159     11:12     17 Fevral 2024    
Analitiklərin fikrincə, ABŞ Çin və Şimali Koreyanın regionda artan hərbi fəaliyyətinə qarşı çəkindirici siqnal kimi bu il öz aviadaşıyıcı gəmilərinin demək olar yarısını Sakit okeanın qərbində yerləşdirəcək.

Ordu.az xəbər verir ki, ABŞ-nin üç aviadaşıyıcı gəmisi hazırda Qərbi Sakit okeanda fəaliyyət göstərir, daha ikisi isə yoldadır.

Bu gəmilərin gəlişi ilə 11 ədədlik aviadaşıyıcı gəmi birliyinin 5-i ilk dəfə olaraq bölgədə fəaliyyət göstərəcək.

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Sakit Okean Donanmasının bir hissəsi olan USS “Abraham Lincoln” fevralın 5-də Kaliforniya ştatının San Dieqo şəhərindəki ana limanından çıxaraq, Qərbi Sakit okeana doğru hərəkət edərkən görüntülənib.

Yaponiyanın Yokosuka şəhərindən təmir üçün Vaşinqtondakı Puget Sound dəniz gəmiqayırma zavoduna köçürüləcək USS “Ronald Reagan”ın yerinə USS “George Washington” gəmisinin də bölgədə yerləşdiriləcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Sakit-okean  


Bizi "telegram"da izləyin