Paşinyanın komanda yoldaşı Ermənistanın təxribatını etiraf edib: “Günah bizimkilərdə olub, pozuntu birinci bizim tərəfdən olub”

2024/02/media-1708064779.jpg
Oxunub: 5428     12:40     16 Fevral 2024    
“1,5 il əvvəl İlham Əliyev anklavlardan danışanda Ermənistandan ciddi cavab gəlmədi, bu gün isə Baş nazir Nikol Paşinyan deyir ki, anklavlardan danışırsınız, mənim 32 kəndimin ərazilərindən çıxın, anklavlardan sonra danışarıq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Hakop Aslanyan deyib.

“Bu o demək deyilmi ki, Ermənistan yavaş-yavaş qüvvələrini bərpa edir və öz vətəndaşlarının təhlükəsizliyini, “ərazi bütövlüyü”nü qorumağa hazırdır? Sadəcə dinamikaya baxın. Bizə daha 1-1,5 il lazımdır ki, belimizi tam düzəldə bilək, türklərlə başqa cür danışacağıq”, - deyə erməni deputat Azərbaycanı təhdid edib.

Aslanyan Azərbaycan nəzarət altına aldığı ərazilərini tərk etmədiyi müddətcə Ermənistanın heç bir anklav verməyəcəyinə inandığını bildirib.

“Həyati əhəmiyyət kəsb edən ərazilər bizə “qaytarılmayana qədər” heç bir razılaşma olmayacaq. Baş nazirin açıqlamalarını izləsəniz, sözlərimizin nə qədər iddialı olduğunu görərsiniz. Bunun əsası ölkəmizin iqtisadi, siyasi, hərbi və bütün digər sahələrində belini yavaş, lakin aydın şəkildə düzəlməsidir”, - deyə erməni deputat bildirib.

Aslanyan Azərbaycan-Ermənistan şərti sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatı şərh edərək vurğulayıb: “Mənə çatan məlumata görə, bizim tərəfdən “cəza tədbirləri”nə ehtiyac yoxdur, çünki indi genişmiqyaslı müharibəyə qarışmaq istəmirik. Bildiyimə görə, günah bizimkilərdə olub. Mən Nerkin Handdakı insanlarla danışdım, pozuntu birinci bizim tərəfdən olub”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin