Erməni terrorçu: “Azərbaycan Ermənistan Müdafiə Nazirliyinə çox konkret sillə vurdu”

2021/07/viva-1625820977.jpg
Oxunub: 6891     15:55     15 Fevral 2024    
“Azərbaycan Ermənistan Müdafiə Nazirliyinə çox konkret sillə vurdu”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın birinci kəşfiyyat-diversiya dəstəsinin yaradıcısı, keçmiş döyüşçü, “Sağ Qalmaq Sənəti” (VOMA) terror təşkilatının rəhbəri Vova Vardanov deyib.

Vardanov bildirib ki, türk Ermənistan Müdafiə Nazirliyinə, yaydığı xəbərə sillə vurub, buna mütləq cavab verilməlidir.

“Sənin xalqın, əsgərin qolunun gücünə şübhə etməməlidir. Bu gün ordunun yanında dayana biləcək real qüvvə xalqdır. Ərazi silahlı qüvvələri təxminən 230.000 türk silahlı qüvvələrinə uyğun olmalıdır. Ərazi silahlı qüvvələri vasitəsilə türk ordusuna müqavimət göstərmək mümkündür”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin