ABŞ-nin AV-8B “Harrier II” təyyarəsinin pilotu husilərin göndərdiyi 7 PUA-nı vurub

2024/02/2024--1707822205.jpg
Oxunub: 236     13:08     13 Fevral 2024    
ABŞ Dəniz Piyadaları Korpusuna məxsus AV-8B “Harrier II” təyyarəsinin Qırmızı dənizdə husilərin göndərdiyi 7 Pilotsuz Uçuş Aparatını (PUA) vurduğu bildirilib.

Ordu.az xəbər verir ki, Dəniz Piyadaları Korpusunun AV-8B pilotu kapitan Erl Ehrhart BBC-yə verdiyi müsahibədə husilərə məxsus 7 PUA-nı vurduğunu deyib.

Kapitan Ehrhart USS “Bataan” (LHD-5) amfibiya hücum gəmisində “Ace of Spades” Dəniz Hücum Parkı 231-də (VMA-231) xidmət edir.

USS “Bataan” dekabrın sonundan Aralıq dənizində fəaliyyət göstərirdi, husilərin əməliyyatı oktyabr ayında başlayandan bəri döyüş gəmisi Qırmızı dəniz və Fars körfəzi bölgələrində idi.

İndiyədək ABŞ və müttəfiqlərinin hərbi gəmilərinin husilərin PUA-larını raketlər və ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) F/A-18 “Super Hornet”ləri ilə vurduğu məlumdur. Son müsahibədə PUA-nın AV-8-in “hava-hava” qabiliyyəti ilə vurulduğu ilk dəfə gündəmə gətirildib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   AV-8B   Harrier-II  


Bizi "telegram"da izləyin