Finlandiya Prezidenti: "Ukraynada müharibə başa çatanadək Rusiya ilə münasibətləri yaxşılaşdırmayacağıq"

2024/02/cd243-1707746126.jpg
Oxunub: 133     17:50     12 Fevral 2024    
Ukraynada müharibə bitənədək Finlandiya Rusiya ilə münasibətləri yaxşılaşdırmayacaq.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin yeni prezidenti Aleksandr Stubb mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, döyüşlər başa çatana qədər Helsinki Moskva ilə münasibətlərin yaxşılaşdırılmasına çalışmayacaq: “Ukraynaya dəstəyimiz davam edəcək. Rusiya ilə bağlı siyasətimiz sadədir: diplomatik və rəsmi əlaqələr qalmaqdadır, lakin Rusiya ilə siyasi səviyyədə heç bir münasibət yoxdur və Rusiya Ukrayna ərazisində hərbi əməliyyatı dayandırmayana qədər olmayacaq”

A.Stubb bildirib ki, Ukrayna ərazisində hərbi münaqişə başlayandan sonra Avropada təhlükəsizlik vəziyyəti çox dəyişib.

Qeyd edək ki, A.Stubb fevralın 11-də 51,6% səslə ölkənin yeni prezidenti seçilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Ukrayna  


Bizi "telegram"da izləyin