Rusiya Xarici Kəşfiyyat Xidməti: Qərb Ukraynaya “canişin” təyin etməyə hazırlaşır

2024/02/8d539-1707741896.jpg
Oxunub: 165     16:37     12 Fevral 2024    
Qərb Ukraynaya “canişin” təyin etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Qərb NATO-nun Baş katibi Yens Stoltenberqi və digər ABŞ və Avropa siyasətçilərini bu vəzifə üçün nəzərdən keçirir.

Məlumata görə, ABŞ və Britaniya cəbhədə vəziyyətin pisləşməsi ilə əlaqədar Kiyev elitasının bir çox nümayəndələrinin xəyanətindən qorxmağa başlayıblar.

Həmçinin qeyd olunub ki, “canişin” təyinatı Vaşinqton və Londonun arzularının reallaşmasına kömək etməyəcək.

Xarici Kəşfiyyat Xidmətinin iddiasına görə, Ukrayna elitasının nümayəndələrinin münaqişədə Rusiya tərəfinə keçməsi halları var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin