Ötən həftə 908.9 hektar ərazi minalardan təmizlənib, 195 mina aşkarlanıb - FOTO

2021/05/photo-1622458324.jpg
Oxunub: 153     16:11     12 Fevral 2024    
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Ordu.az xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 5-11 fevral 2024-cü il tarixi ərzində 33 tank əleyhinə mina, 162 piyada əleyhinə mina, 836 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin, 908.9 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Mina  


Bizi "telegram"da izləyin