İranın xarici işlər naziri Qətərdə səfərdədir

2023/01/1674133301.jpg
Oxunub: 136     15:56     12 Fevral 2024    
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian nümayəndə heyəti ilə birlikdə Qətərdə səfərdədir.

Ordu.az xəbər verir ki, məlumatı İRNA yayıb.

Bildirilib ki, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin onu qəbul edəcəyi planlaşdırılıb. Bundan başqa, onun Qətərin baş nazri və xarici işlər naziri ilə də görüşü gözlənilir.

İran XİN-in başçısı səfər çərçivəsində Əmirliyin rəsmiləri ilə ikitərəfli əməkdaşlığın müxtəlif sahələrinə dair məsələləri, habelə Qəzza zolağında vəziyyəti, HƏMAS-İsrail müharibəsində atəşkəsin tətbiq edilməsini, habelə regional problemləri müzakirə edəcək.

Hüseyn Əmir Abdullahian Dohaya səfərdən əvvəl Suriyanın paytaxtı Dəməşqdə olub. Orada Prezident Bəşşar Əsədlə görüşüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abdullahian   İran  


Bizi "telegram"da izləyin