İran-Ermənistan Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

2023/05/1685521630.jpg
Oxunub: 111     14:43     12 Fevral 2024    
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan İrana səfər edəcək.

Ordu.az xəbər verir ki, ölkənin Baş naziri Nikol Paşinyan müvafiq qərar imzalayıb.

Qərara əsasən, Ermənistanın 15 nəfərdən ibarət nümayəndə heyəti 13-15 fevral tarixlərində Birgə Hökumətlərarası Komissiyanın XVIII iclasında iştirak etmək üçün İrana səfər edəcək.

Mqer Qriqoryanın rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibində XİN rəhbərinin müavini Vahan Kostanyan və digər rəsmi şəxslər yer alacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin