Gürcüstanın baş naziri Nazirlər Kabinetinin üzvlərini təyin edib

2023/07/dfg1d-1688483343.jpg
Oxunub: 108     14:08     12 Fevral 2024    
Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze yeni nazir nazirlərin təyin olunması barədə əmr imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Gürcüstan parlamenti hakim "Gürcü Arzusu" partiyasının baş nazirliyə namizədi İrakli Kobaxidzeyə və onun rəhbərlik etdiyi hökumətə etimad göstərdikdən sonra yeni baş nazir nazirlərin təyinatına göstəriş verib.

Xatırladaq ki, Gücüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib. O, hakim partiyanın sədri təyin olunub. Fevralın 1-də Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Baş nazir postuna İrakli Kobaxidzenin namizədliyini irəli sürüb. Fevralın 8-də Gürcüstan parlamenti səs çoxluğu ilə Kobaxidzenin rəhbərlik etdiyi yeni hökuməti təsdiqləyib. Elə həmin gün Gürcüstan prezidenti Salome Zurabişvili Kobaxidzenin təyinatı barədə sərəncam imzalayıb. Yeni hökumətin tərkibində cəmi bir dəyişiklik olub, belə ki, müdafiə naziri Cuanşer Burçuladzeni parlamentin vitse-spikeri İrakli Çikovani əvəz edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Gürcüstan  


Bizi "telegram"da izləyin