Hindistan Səudiyyə Ərəbistanına artilleriya sursatları tədarük edəcək

2024/02/asyan-1707729064.jpg
Oxunub: 207     16:32     12 Fevral 2024    
Hindistanın müdafiə istehsalçısı “Munitions India Limited” Səudiyyə Ərəbistanı Krallığına artilleriya sursatlarının tədarükü üçün müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Yaxın Şərqdə gərginliyin artması fonunda Səudiyyə Ərəbistanı Hindistandan 155 mm-lik artilleriya sursatları üçün böyük sifariş verib.

Sözügedən müqavilə WDS-2024 beynəlxalq müdafiə sərgisi zamanı imzalanıb.

Müqavilənin 225 milyon dollar dəyərində olduğu və Hindistanda yerləşən müdafiə sənayesi təşkilatı “Munitions India Limited” ilə imzalandığı açıqlanıb.

Şirkət bundan əvvəl Birləşmiş Ərəb Əmirlikləri və Ermənistana, həmçinin adı açıqlanmayan Avropa ölkəsinə 155 mm-lik mərmilər satmışdı.

Səudiyyə Ərəbistanı artilleriya sursatının dördüncü və ən böyük müştərisi olub. Çatdırılmaların 2024-cü ilin sonuna qədər tamamlanması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Səudiyyə-Ərəbistan  


Bizi "telegram"da izləyin