Ər-Riyadda keçirilən Beynəlxalq Müdafiə Sərgisində 7 milyard dollarlıq satınalma müqaviləsi imzalanıb

2024/02/savun-1707729017.jpg
Oxunub: 207     18:20     12 Fevral 2024    
Bu il ikinci dəfə keçirilən Səudiyyə Ərəbistanı Beynəlxalq Müdafiə Sərgisi 116 ölkəni təmsil edən 773 ad və 441 rəsmi heyətin iştirakı ilə 26 milyard riyal (təxminən 7 milyard dollar) dəyərində 61 satınalma müqaviləsinin imzalanması ilə başa çatıb.

Ordu.az-ın xəbərinə görə, sərgini 106 min insan ziyarət edib, tədbir zamanı 73 müqavilə imzalanıb ki, onlardan da 17-si sənayedə iştirak sahəsinə aid olub.

Səudiyyə Ərəbistanının Hərbi Sənaye Baş İdarəsinin (GAMI) sədri Əhməd bin Əbdüləziz əl-Ohali Kral Salman bin Əbdüləzizin bu qlobal tədbirə sponsorluq etdiyini, Vəliəhd Şahzadə, Baş nazir və GAMI İdarə Heyətinin sədri Məhəmməd bin Salman bin Əbdüləzizin də daimi maraqla onu yaxından izlədiyini bildirib.

Sərgidə Kosmik Müdafiə Platforması, Müdafiənin Gələcəyi Platforması, Müdafiədə Qadınlar Proqramı və Gələcəyin İstedadları Proqramı kimi müdafiə və təhlükəsizlik sektorunun zənginləşdirilməsinə töhfə verən bir sıra proqramlar da yer alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ər-Riyad   Beynəlxalq-Müdafiə-Sərgisi  


Bizi "telegram"da izləyin