Norveç Ukraynaya daha çox NASAMS verəcək

2024/02/NASAM-1707728956.jpg
Oxunub: 189     16:54     12 Fevral 2024    
Norveç hökuməti Ukraynaya daha 10 ədəd NASAMS Hava Hücumundan Müdafiə (HHM) sisteminin tədarükü ilə bağlı təklifini parlamentə təqdim edib.

Ordu.az xəbər verir ki, Norveç “Kongsberg Defence and Aviation” (KDA) şirkətindən daha 10 ədəd NASAMS HHM sistemi almaq üçün “qollarını çırmalayıb”.

Bundan əlavə, daha 4 ədəd atışa nəzarət mərkəzi sifariş ediləcək. Ümumi dəyərinin 3,45 nilyard Norveç kronu olduğu bildirilir.

Ukraynaya sürətli çatdırılmanı təmin etmək üçün bəzi sistemlər Skandinaviya ölkəsinin öz anbarından veriləcək, digər sistemlər üçün isə sektordan əlavə sistemlər sifariş ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Ukrayna   NASAMS  


Bizi "telegram"da izləyin