Türkiyə Milli Müdafiə Nazirliyi Antarktidada dəniz xəritələri üçün əhəmiyyətli addım atıb

2024/02/af-1707728876.jpg
Oxunub: 111     14:10     12 Fevral 2024    
Türkiyə Milli Müdafiə Nazirliyi 8-ci Milli Antarktika Elmi Ekspedisiyası çərçivəsində Antarktidada naviqasiya xəritəsi istehsalı fəaliyyətlərinin həyata keçirildiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, “8-ci Milli Antarktika Elm Ekspedisiyası (TAE-VIII)” Türkiyə Prezident Administrasiyasının himayəsi, Sənaye və Texnologiya Nazirliyinin məsuliyyəti və TÜBİTAK MAM Qütb Araşdırma İnstitutunun koordinasiyası ilə həyata keçirilib.

Açıqlamada Türkiyə Hərbi Dəniz Qüvvələrinin Naviqasiya, Hidroqrafiya və Okeanoqrafiya İdarəsinin Antarktidada naviqasiya xəritəsi istehsalı fəaliyyətləri həyata keçirdiyi və Türkiyənin məsləhətçi ölkə statusuna keçməsinə töhfə verdiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Antarktida  


Bizi "telegram"da izləyin