Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, “8-ci Milli Antarktika Elm Ekspedisiyası (TAE-VIII)” Türkiyə Prezident Administrasiyasının himayəsi, Sənaye və Texnologiya Nazirliyinin məsuliyyəti və TÜBİTAK MAM Qütb Araşdırma İnstitutunun koordinasiyası ilə həyata keçirilib.
Açıqlamada Türkiyə Hərbi Dəniz Qüvvələrinin Naviqasiya, Hidroqrafiya və Okeanoqrafiya İdarəsinin Antarktidada naviqasiya xəritəsi istehsalı fəaliyyətləri həyata keçirdiyi və Türkiyənin məsləhətçi ölkə statusuna keçməsinə töhfə verdiyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az