Ukrayna rus kamikadze PUA-larını klonlayır

2024/02/zala_-1707728736.jpg
Oxunub: 279     17:48     12 Fevral 2024    
Ukrayna Rusiyanın “Lancet” kamikadze tipli Pilotsuz Uçuş Aparatını (PUA) klonlayır.

Ordu.az xəbər verir ki, Ukrayna “Lancet” kamikadze PUA-sının klonuna bənzəyən “gəzən sursat”ların kütləvi istehsalına başlamaq planlarını açıqlayıb.

“Militarnyi” xəbər agentliyinin Ukraynanın Baş nazirinin müavini və rəqəmsal transformasiya naziri Mixaylo Fedorova istinad etdiyi xəbərə görə, yeni kamikadze PUA-sı 40 kilometr məsafədəki hədəfləri vura biləcək.

“Hazırda bir neçə şirkət var və biz onların məhsullarını sınaqdan keçiririk. Artıq döyüş tətbiqləri var, lakin onlar hələ də azdır. Konkret tarixlər söyləmək çətindir. Ancaq iki ay ərzində Rusiyanın ictimai mənbələrində onların tanklarının yanması ilə bağlı məlumatlar yer almağa başlayacaq”, - deyə Fedorov qeyd edib.

Ukraynanın Baş nazirinin müavini bildirib ki, ilk müqavilələrin imzalanması bir neçə həftə ərzində baş tutacaq və qısa müddət sonra cəbhədə istifadə olunmağa başlayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Lancet  


Bizi "telegram"da izləyin