Böyük Britaniya artilleriya mərmilərinin istehsalını 8 dəfə artırır

2024/02/1707728613.jpg
Oxunub: 204     17:02     12 Fevral 2024    
Ukraynaya 300 mindən çox artilleriya mərmisi bağışlayan Britaniya 155 mm-lik mərmi istehsal gücünü 8 dəfə artırır.

Ordu.az xəbər verir ki, sözügedən məlumat parlamentin yazılı sualına cavab olaraq açıqlanıb.

Müdafiə satınalmaları naziri Ceyms Kartlic bildirib ki, Müdafiə Nazirliyi 2023-cü ilin iyun ayında “BAE Systems” ilə 155 mm-lik mərmilərin istehsal gücünü 8 dəfə artıracaq sifariş verib.

“Ukraynaya tədarük edilən artilleriya sursatlarına gəlincə, münaqişə başlayandan bəri Böyük Britaniya 155 mm və keçmiş Sovet İttifaqı çapları da daxil olmaqla 300 mindən çox artilleriya sursatı bağışlayıb”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin