Polşa və Cənubi Koreya irimiqyaslı silah maliyyələşdirməsi məsələsində ortaq məxrəcə gələ bilmir

2024/02/1707728535.jpg
Oxunub: 173     17:34     12 Fevral 2024    
Polşanın yeni hökuməti əvvəlki kabinetin təşəbbüsü ilə Cənubi Koreyadan silah alışını davam etdirib-etməyəcəyini düşünərkən, Polşanın Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosiniak-Kamış Seulun yeni tədarüklər üçün təklif etdiyi maliyyə şərtlərinin Varşavanın ziyanına olduğunu tənqid edib.

Ordu.az-ın xəbərinə görə, Kosiniak-Kamış yerli yayım quruluşu “Radio Zet”ə verdiyi açıqlamada deyib ki, Cənubi koreyalıların Polşanın silah alışını birgə maliyyələşdirməsi və ya borc verməsi təklifi qəbuledilməzdir.

Bunun çox zəif olduğunu və həyata keçirilməsinin qeyri-mümkün olduğunu deyən müdafiə naziri Asiya ölkəsinin hökuməti ilə danışıqların davam etdiyini bildirib.

Son görüş fevralın 7-də Cənubi Koreya nümayəndə heyəti ilə müdafiə nazirinin müavini Pavel Beyda arasında baş tutub.

“Davam edən inzibati müqavilələrdən bir pay və gələcək danışıqlara məruz qalacaq çərçivə müqavilələrindən bir pay var”, - deyə Polşanın Baş nazirinin müavini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin