“Qərb Ermənistanı Cənubi Qafqazda plastarma çevirmək istəyir” - Vladimir Kireyev

2024/01/1705909162.jpg
Oxunub: 186     16:32     12 Fevral 2024    
“Avropa İttifaqının bütün səyləri İrəvanın Cənubi Qafqaz münaqişəsində mövqeyini qoruyub saxlamağa yönəlib, çünki Qərb Ermənistanı Cənubi Qafqazda plastarma çevirmək istəyir”.

Ordu.az xəbər verir ki, bunu politoloq Vladimir Kireyev deyib.

Onun sözlərinə görə, bir neçə ildir ki, Qərb Azərbaycan və Ermənistana dəstəyini balanslaşdırır.

“Qərb hər iki ölkəyə qalib gəlməyə, onların dəstəyini qazanmağa və Rusiyanı bölgədən yumşaq bir şəkildə sıxışdırmağa çalışırdı. Amma son iki-üç ayda vəziyyət dəyişdi, Qərbin strategiyası dəyişdi. Söhbət Avropa İttifaqının mövqeyindən, Fransanın və yəqin ki, ABŞ-nin mövqeyindən gedir. İndi bu, Ermənistana tam aydın dəstəkdir. Avropa İttifaqı və Fransanın bütün səyləri Cənubi Qafqaz münaqişəsində İrəvanın mövqeyini dəstəkləməyə yönəlib”, - deyə Kireyev bildirib.

Kireyev Ermənistana dəstəyin əsas motivinin nə olduğunu qeyd edib.

“Bu nə ilə izah olunur? Tamamilə mümkündür ki, söhbət Rusiyanı sıxışdırmaq üçün Ermənistan ərazisində hərbi bazaların yerləşdirilməsindən gedir. Müvafiq olaraq, bu, Rusiyanın maraqlarına və İranın maraqlarına, uzunmüddətli perspektivdə isə Türkiyənin maraqlarına ziddir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ermənistan   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin