“Aİ Ermənistanı öz maraqlarını müdafiə etməkdə böyük irəliləyişə çatdıra biləcək platforma deyil” - Qleb Kuznetsov

2024/02/1707731384.jpg
Oxunub: 159     14:21     12 Fevral 2024    
“İrəvanla Bakı arasında danışıqlar prosesində əsas vasitəçi olan tərəf, münaqişənin həlli özlüyündə ikinci plana keçib”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Qleb Kuznetsov deyib.

Onun sözlərinə görə, İrəvanla Bakı arasında danışıqların nizamlanmasında kimin hansı rolu, əsas vasitəçinin kim olması ilə bağlı söz-söhbətlərə görə, sülh müqaviləsinin tənzimlənməsi mövzusu özlüyündə ikinci plana keçib.

“Biz görürük ki, sərhəd məsələləri hələ də həllini tapmayıb. Yaxşı olardı ki, münaqişənin həllində maraqlı olan şəxslər danışıqlar platformasının harada yerləşməsindən asılı olmayaraq, məsələnin mahiyyətinə qayıtsınlar”, - deyə Kuznetsov qeyd edib.

Rusiyalı politoloq bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel azərbaycanpərəst siyasətçidir və onun səlahiyyət müddəti yaxınlaşdıqca daha da azərbaycanpərəst olacaq.

“Ümid edirəm ki, Ermənistan rəhbərliyi bunu nəzərə alır. Avropada çox güclü azərbaycanpərəst lobbi var və bu, konkret maliyyə maraqları, layihələr və müqavilələrlə bağlıdır. Odur ki, erməni maraqları baxımından sırf Avropa platforması Ermənistanı öz maraqlarını müdafiə etməkdə böyük irəliləyişə çatdıra biləcək platforma deyil”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Bakı  


Bizi "telegram"da izləyin